|
|
|
|

Türkiyədə Tailand konsulluğuna hücum olub.
Trend bu barədə “Hurriyet” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, 200-dən çox insan konsulluğun İstanbuldakı binasına soxulub.
Konsulluğa hücum edənlər Tailandda həbs olunan uyğur türklərin Çinə verilməsinə qarşı çıxan “Şərqi Türkistan Dərnəyi” təşkilatının üzvləridir.
Hadisədə xəsarət alan olmayıb.



