"Facebook"dakı "Kitabsevərlər" qrupu və "Bakumoz" kitab mərkəzinin birgə təşkilatçılığı ilə "Kitabsevərlər Tərcümə Qrupu”ndakı həvəskar tərcüməçilərin fəaliyyətinin nəticəsi olan "Şəhrizad” toplusu işıq üzü görüb.
525.az-ın məlumatına görə, antologiyanın təqdimatı 19 iyul saat 15:00-da "Bakumoz" kitab evində baş tutacaq.
Məlumat üçün qeyd edək ki, kitabın qiyməti 6 manatdır.
Bundan başqa xatırladaq ki, sözügedən qrup oxşar layihələr çərçivəsində 6 kitabı artıq oxucuların ixtiyarına verib.
Cavid QƏDİR