Omskda kazarmanın uçması nəticəsində 23 hərbçi ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyindən bildiriblər.
Dağıntılar altından 42 nəfər çıxarılıb, onlardan 23-ü ölü olub.
*** 10:31
Rusiyanın Omsk şəhərində Hərbi Desant Qoşunlarının kazarması uçub.
APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə iyulun 12-də axşam saatlarına baş verib.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, hadisə nəticəsində 12 nəfər həlak olub, daha 19 nəfər xəstəxanadadır.
"13 iyul səhərə olan məlumata görə, dağıntılar altından 31 nəfər çıxarılıb. Onlardan 12-si ölüb, 19-u xəstəxanadadır", - deyə MN rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin "Səhlənkarlıq" maddəsinin üç hissəsi üzrə cinayət işi başlanıb. Hadisə yerində müstəntiqlər, həmçinin Baş Hərbi Prokurorluğun əməkdaşları işləyirlər.