NATO 1990-cı ildən bəri ilk dəfə olaraq Avropada hava-desant qüvvələrinin genışmiqyaslı təlimlərinə başlayıb.
Təlimlər barədə açıqlamanı ABŞ-ın Quru Qoşunları komandanlığı yayıb.
Açıqlamada bildirilir ki, "İti cavab-15”(Swift Response 15) adlı təlimlərə Bolqarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Niderland, Polşa, Portuqaliya, ABŞ və Fransanın ümumilikdə 4,8 min hərbi personalı qatılıb.
Genişmiqyaslı hərbi tədbirin kulminasiya hissəsi avqustun 26-na təsadüf edəcək. Həmin gün Almaniyanın Hohenfels və Bolqarıstanın Novo Selo poliqonlarında paraşütçülərin tullanışı nümayiş olunacaq.