|
|
|
|

Böyük Britaniyanın xarici işlər naziri Filip Hemmond avqustun 23-də İrana səfər edəcək.
Bu barədə Trend-ə İranın Xarici İşlər Nazirliyindəki mənbə məlumat verilib.
Məlumatda bildirilir ki, Böyük Britaniya rəsmisinin İrana səfəri zamanı Tehranda səfirliyin açılışı olacaq.
Qeyd edilib ki, Böyük Britaniyanın Tehrandakı səfirliyinin fəaliyyəti bərpa olunacaq.



