Ötən gecə Bakının müxtəlif rayonlarında 3 intihara cəhd hadisəsi qeydə alınıb.
Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hər üç hadisə qadınlarla bağlı olub. Qadınlardan biri damarlarını doğrayıb, digərləri isə özlərini zəhərləyib.
Belə ki, Nərimanov rayonu ərazisində 33 yaşlı K.M. gecə saat 01:00 radələrində damarlarını kəsib. Onu ağır vəziyyətdə xəstəxanaya gətiriblər.
Bundan başqa, Nəsimi rayonunda 30 yaşlı M.A. özünü zəhərləyib. O, 5 qutu dərman içib. Nəticədə qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Digər hadisə Binəqədi rayonu ərazisində baş verib. 30 yaşlı D.M. sirkə turşusu içib. Onu da huşsuz vəziyyətdə xəstəxanaya yerləşdiriblər.
Hər 3 hadisə ilə bağlı araşdırma aparılır.