Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin 65 illiyinə həsr edilmiş konsert keçirilib.
Dövlət rəsmilərinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin dinlədikləri konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış edib.
Yubiley gecəsində Azərbaycan bəstəkarlarından Tofiq Quliyev, Fikrət Əmirov, Niyazi, Vasif Adıgözəlovun, Fərhad Bədəlbəylinin özünün, eləcə də dünya klassiklərindən Françesko Çilea, Cakomo Puççini və Sergey Raxmaninovun əsərləri səsləndirilib. Gecədə Fərhad Bədəlbəyli royal arxasında əyləşərək özünün və xarici bəstəkarların əsərlərini ifa edib.