İmişlidə zəlzələ olub
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
Haqqımızda
|
Əlaqə
|
Mobil versiya
|
Köhnə 525
|
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
COP29
Mədəniyyət
İdman
Dünya
Qarabağ
Ədəbiyyat
Digər
"525" - 30
Müsahibə
Region
Rəsmi
Şou-biznes
525-ci qəzetə yubiley təbrikləri
"525" - 25
Faydalı
Media
Turizm
Maraqlı
Təhsil
Texnologiya
Son xəbərlər
4 İyul 2026
23:51
Türk Akademiyası Monqolustanda qədim türk irsinin tədqiqini davam etdirir
23:41
XV Beynəlxalq İpək Yolu Festivalının açılış mərasimi keçirilib
23:00
Ağdamda ata və iki övladı su anbarında batıb
22:53
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib
22:20
"Turan Tovuz" yeni qapıçı transfer etdi
21:24
Yasamalda 46 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
20:02
“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil edib
19:12
Milli Kitabxanada Əliqismət Lalayevin 70 illik yubileyinə həsr olunmuş sərgi açılıb
18:25
"İmişli" onu da göndərdi
18:00
Kapitan "Liverpul"da qalır
17:30
Ötən gün axtarışda olan 39 nəfər tapılıb
17:03
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub
16:39
Bəzi yerlərdə külək güclənəcək
15:53
Laçına dolu düşüb
15:16
"Azərxalça" maliyyə vəziyyətini açıqlayıb
14:39
"İmişli"də daha bir ayrılıq
14:16
Dövlət qurumlarını hədəfə alan bloklanmış zərərli elektron poçtların sayı kəskin artıb
14:00
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyi və Əli bəy Hüseynzadənin irsi elmi seminarda müzakirə olunub
13:54
İmişlidə zəlzələ olub
13:48
Milli Observatoriya 7 il ərzində 300 mindən çox vakansiya təhlil edib
13:41
Azərbaycan nar ixracından 4 milyon dollara yaxın gəlir əldə edib
13:35
Milli Kitabxanada Əliqismət Lalayevin 70 illik yubileyinə həsr olunmuş sərgi açılıb
13:29
Bazar günü çimərliklərdə 25 dərəcəyədək isti olacaq
13:23
ABŞ səfirliyi Azərbaycana
təşəkkür edib
13:08
"Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir" -
Nazirlik
13:00
Sabah hava necə olacaq?
12:48
İtkin düşən 9 nəfər tapılıb -
DİN
12:36
Musiqinin dahisinə -
Dato Kençiaşvili
12:27
Yasamalda 46 kq narkotik dövriyyədən çıxarılıb
12:12
Qazaxın Daş Salahlı kəndində yeni sərbəst güləş zalı istifadəyə verilib
11:51
Azərbaycan kartof ixracından 15 milyon dollara yaxın gəlir əldə edib
11:44
Naftalan, Samux və Mingəçevirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
11:35
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbiri keçirib
11:29
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb -
DİN
11:13
AzTV-də tezliklə yayımlanacaq “Uzun Həsən” filminin yeni anonsu yayımlanıb -
VİDEO
11:08
Ötən gün bağlı qapı arxasında qalan 2 nəfər xilas edilib
11:00
Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub
10:56
Yasamalda evdə partlayış olub, 16 yaşlı yeniyetmə ölüb, 3 nəfər yaralanıb
10:47
"Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur" -
Prezident
10:42
Allahşükür Paşazadə Özbəkistana səfər edəcək
10:31
Dövlət başçısı: "Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar"
10:25
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
10:19
Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığı möhkəmlənir
10:04
Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib -
VİDEO
09:58
Bombardirlər siyahısı -
Messi yenidən zirvədə
09:33
Azərbaycan nefti bahalaşıb
09:26
Azərbaycan XİN ABŞ-ni
təbrik edib
09:17
Neftin qiyməti 72 dolları ötüb
09:00
1/8 finalın bütün cütlükləri -
DÇ-2026
3 İyul 2026
23:30
Oğurluqdan başlayan insanlıq hekayəsi -
Kinoseans
23:15
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
23:09
Hikmət Hacıyev ABŞ-ni Müstəqillik Günü münasibəti ilə təbrik edib
23:00
Xəzərin ekoloji problemləri:
çoxtərəfli həll yolları axtarılır
22:30
Yazıçılar və personajları
22:13
Siyasətdə yeni dövr
TƏHLİL
22:00
Muzeylər gözəllik və bilik məbədidir -
Telman Orucov yazır
21:49
"Zirə"dən yeni transfer
21:30
Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
21:00
Köçdü yaddaşıma, bitdi qəlbimdə
20:30
Vahid günəş hadisəsi -
İmir Məmmədlidən yeni esse
20:25
Atatürk mərkəzində Mehrali bəy haqqında kitabın təqdimatı keçirilib
20:00
"Zirvədən görünən ömür"
19:46
Elşən Əzim AYB-nin Mingəçevir bölməsinin sədri təyin olundu
19:43
Azərbaycan nümayəndə heyəti Seyid Əli Xameneinin vida mərasimində iştirak edib
19:37
AMEA-nın Naxçıvan Bölməsinin hesabat iclası olub
19:30
Başımız dünyaya qarışıb gedər
19:22
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb
19:12
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil veriləcək
19:00
Bilirəm, bilmədiniz mənim bildiklərimi
18:46
Uşaqlar sosial şəbəkələrdən deyil, təhlükələrdən qorunur -
Qanunvericiliyə dəyişikliklər
Son xəbərlərin davamı »
İtirilmiş il, itirilmiş illüziyalar və itkin insanlar
Yazar
Oxunub:
3321
dəfə
a
-
A
+
31.12.12 13:22
İradə TUNCAY
“
Mən
sizə
Tanrı
kimi
inanırdım
,
amma
siz
mənə
həmişə
yalan
demisiniz
”.
(
Etel
Lillian
Voyniç
. “
Ovod
”)
Sevmədim
mən
bu
uzun
illəri
.
Yəni
illər
onsuz
da
uzun
olur
da
,
amma
fevral
ki
, 29
gün
oldu
–
mən
əzəl
gündən
itkilər
haqqında
düşünməyə
başlayıram
.
Belə
bir
takıntım
var
.
Belə
illərdə
həmişə
kimisə
itirirəm
,
atam
da
belə
ildə
ayrıldı
məndən
.
Amma
həm
də
ayrılmadı
–
insanın
fiziki
yoxluğu
ağrılı
,
acılıdı
doğru
.
Amma
canlı
ölülərin
varlığı
,
ya
da
belə
deyim
,
səninçün
ölmüş
canlının
yoxluğu
daha
betər
hüzün
verir
.
Lap
qorxu
filmlərində
olan
kimi
canlı
kimisə
dəfn
edirsən
,
tamaşa
edirsən
cabalamağına
–
qışqırır
,
bağırır
,
imdad
diləyir
.
Baxırsan
,
susursan
.
Dilin
susur
,
ürəyin
danışır
. “
Sən
məni
öldürdün
axı
,
inamı
öldürdün
içimdə
”.
Yalan
eşitmədik
böcəkdən
,
quşdan
,
insandı
insana
yalan
danışan
...
Qorxu
filmlərində
olan
səhnələr
–
canlı
ölülər
...
Deyəsən
,
gəlib
çıxdıq
ilin
sonuna
,
birtəhər
ötüşdürdük
deyə
-
deyə
...
Düzdü
,
deyirdilər
dünya
dağılacaq
...
Sonra
dedilər
gördüz
dağılmadı
–
cahil
insanlar
.
Allahın
bu
böyüklüyündə
sevgiylə
yaratdığı
dünya
dağılarmı
heç
?
Dağılan
bizim
özlüyümüzdə
yaratdığımız
yalançı
dünyalardı
–
təməli
yalan
və
təmənna
dolu
.
Bir
boylansaq
içimizə
,
nə
qədər
belə
xarabalıq
var
.
Yıxılacaq
təbii
...
Qarışıq
il
oldu
–
hadisələri
bol
və
nəticəsiz
.
Ən
çox
yadda
qalanlar
....
İtkinlər
...
lll
İnsanlar
balaca
bir
cəmiyyət
formalaşdıran
kimi
özlərinə
lider
axtarırlar
.
Ya
da
bir
tapınaq
.
Nümunə
.
Kiməsə
oxşamaq
,
kimdənsə
imdad
diləmək
arzusu
var
insan
oğlunun
içində
.
Fərq
eləməz
necə
oldu
,
necə
gəldi
–
qalibləri
mühakimə
eləmirlər
axı
.
Əsas
odu
ki
,
bir
nəfər
tapıb
ona
sitayiş
edəsən
(
ola
bilər
ki
,
bu
sitayiş
obyektini
sabah
ayaqlar
altında
əzərsən
də
).
Bu
gün
varmı
?
Off
,
nə
gözəl
...
rahat
yatmaq
da
olar
,
səhər
dinc
yaşamaq
da
olar
–
obraz
var
...
Yunan
mifologiyasından
gəlir
söz
–
ERO
...
Qəhrəman
yəni
.
Bizim
dilimizdəki
versiyasına
qayıdacam
hələ
...
İndi
bunun
ətrafında
fırlanım
bir
az
.
HERO
tapmışkən
...
Kimdi
bu
axı
?
Niyə
lazımdı
insanlara
?
Tanrı
yaratdıqları
kimi
onu
da
yaradıb
başına
dönürlər
.
Sən
demə
,
bunun
əsası
varmış
–
mifologiyaya
görə
HERO
,
yəni
qəhrəmanlar
tanrıların
yerdəki
fanilərlə
sevgisindən
doğulan
insanlardı
(
sevgi
məsələsi
var
hər
halda
).
Tanrılar
ölməzdi
,
amma
onlardan
doğulanların
belə
imtiyazı
yox
.
Miflərdə
Ölməz
valideynin
fani
övladına
əbədi
həyat
vermə
cəhdləri
süjet
kimi
keçir
.
Fetida
oğlu
Axillesi
yeraltı
Stiks
çayında
çimdirir
,
dabanına
su
dəymədiyindən
zəif
yeri
qalır
.
Axillesin
dabanı
.
Məşhur
Troya
müharibəsi
—
burda
da
Fetida
hər
vəchlə
oğluna
yardım
etməyə
çalışır
,
hətta
Olimpdəki
bütün
əlaqələrindən
(
indiki
dillə
desək
)
də
istifadə
edir
.
Döyüşün
yunanlar
üçün
uğurlu
olmasını
Zevsdən
xahiş
edir
(
Burda
da
tanışlıq
və
əlaqə
faktorları
var
gördüyünüz
kimi
).
Amma
əlahəzrət
Təsadüf
və
ya
Zərurət
işə
qarışıb
artıq
.
Daban
zəifdi
.
Məşhur
döyüş
və
Axilles
həlak
olur
(
dabanından
aldığı
yara
öldürür
)
döyüşdə
.
İlahə
Fetida
oğlunu
ölümsüz
edə
bilmir
.
Ya
da
belə
yanaşsaq
,
bəlkə
edir
ölümsüz
.
Neçə
əsrdi
insanlar
bu
əfsanəni
yaşadırlar
.
Axillesin
öldüyü
gün
olmayıb
məncə
.
Fetida
istəyinə
çatıb
.
Fiziki
ölümlər
çox
adidi
...
Heroizm
insanı
əbədiləşdirən
bir
məfhum
...
Deməli
,
fani
(
sözün
bütün
çalarlarında
)
insanların
əbədiyyət
arzularına
bir
cığırdı
qəhrəman
.
Antik
ədəbiyyat
bu
obrazlarla
çox
zəngindi
.
Homerin
“
İliada
”
və
“
Odisseya
”
sı
ilk
baxışda
satrapların
,
çarların
tarixini
əks
etdirsə
də
,
eposun
əsas
qəhrəmanları
yenə
elə
Qəhrəmanlardı
.
Maraqlıdı
eləmi
,
əsərlərdə
,
hadisələrdə
,
gündəmdə
də
əsas
fiqurlara
qəhrəman
deyirlər
.
Şah
,
çar
,
xan
,
lider
filan
yox
–
elə
Qəhrəman
.
Bütün
dillərdə
belədi
,
deməli
insan
təfəkküründə
öndə
gələn
obraz
budu
.
Bəlkə
də
insanlar
Qəhrəmanı
Tanrıya
bərabər
tutduqlarından
bütün
möcüzələri
,
qeyri
-
adilikləri
onlardan
gözləyirlər
.
Hökmdarlardan
yox
,
Qəhrəmanlardan
,
Heraklından
tutmuş
Teseyinə
qədər
.
Antik
yunan
mifləri
öz
yerini
Roma
reallıqlarına
verəndə
də
eyni
mənzərə
görünür
.
lll
Baxırdım
və
anlamırdım
,
niyə
belə
həşirdi
.
Qəhr
olsun
...
sakitləşin
bir
az
,
cənablar
.
Ayın
yeri
Günəşlə
tərs
düşməyib
,
okeanlar
gölə
sığdırılmayıb
,
göydən
yerə
bircə
alma
da
düşməyib
.
Hər
şey
öz
axarında
,
hər
zaman
necəydisə
elə
gedir
.
Yanan
yanır
,
dağılan
dağılır
,
artan
artır
,
yıxılanın
da
vaxtı
gələndə
yıxılır
...
Zatən
,
başqa
cür
gördüyümüz
olmuşmuydu
?
Qəhr
olsun
...
Biz
cəmiyyət
olaraq
bu
il
Qəhrəman
obrazını
çox
müzakirə
etdik
.
Haqlı
-
haqsız
günün
qəhrəmanına
çevrildi
o
oğlan
...
Nəticə
isə
o
oldu
ki
...
Bir
taqıma
(
lap
kiçiyindən
başladım
)
rəhbərlik
edə
biləcək
bir
igidin
karyerası
başlamadan
bitdi
.
Zəif
yerlər
vardı
bu
olayda
–
bitməmiş
müharibə
və
formalaşmamış
insan
cəmiyyəti
.
O
oğlan
illüziyalarından
qurtula
bilməmişdi
(
nəyəsə
inanırdı
),
cəmiyyət
isə
qışqırıb
bağırmaq
istədiyi
mövzuların
bu
şəkildə
həllini
həzm
edə
bilmədi
.
Uzaqdakılar
yaxınlaşdı
və
bu
anda
insanlar
arzuladıqları
yaxınların
nə
qədər
əlçatmaz
olduğunu
dərk
etdilər
elə
bil
.
Və
qəzəb
,
kin
yağmuru
yönəldi
bu
gəncə
–
şüurlu
ömrünün
böyük
əksəriyyətini
kazarmalarda
,
məhbəsdə
keçirən
,
özü
bilmədən
qəhrəman
elan
olunan
,
özü
də
anlamadan
taxtdan
endirilən
bu
oğlan
itkin
düşdü
aramızdan
.
Sözün
bütün
mənalarında
.
İndi
o
yoxdu
,
insanlar
yeni
qəhrəmanları
müzakirə
edirlər
.
Fərq
eləməz
bu
qəhrəmanlar
müsbətdi
,
ya
mənfi
.
Amma
müzakirə
konusu
var
yenə
...
Göstərilənlər
görünən
olmadı
...
İnam
yox
idi
...
Yalan
vardı
...
lll
Hər
kəs
deməyəcəm
,
böyük
çıxar
,
amma
kimlərinsə
içində
öz
qəhrəmanları
var
.
İnanır
ona
və
möcüzə
gözləyir
.
Uzaqların
yaxına
gəlməsini
gözləyir
.
Olmur
möcüzə
.
Yoxdu
o
qəhrəman
.
Onun
da
öz
yalanları
və
doğruları
var
,
öz
zəif
yerləri
var
.
Və
sən
bu
zəiflikləri
müşahidə
edə
-
edə
öz
dünyanı
yıxırsan
.
Uduzan
isə
sənsən
nəticədə
.
İllüziya
idi
və
itirdin
.
Bundan
ağır
nə
ola
bilər
ki
...
Canlı
ölü
siyahın
artdı
qəlbində
,
ya
da
itkin
insanlar
siyahısı
.
İndi
fikirləşirəm
ki
,
nəinki
insanlar
,
hətta
sözlər
də
ölür
.
Ev
tapşırığı
kimi
leksik
lüğətdə
bütün
xoş
sözləri
xatırlamaq
istəyirsən
,
yadına
düşənlər
ağrı
verir
.
Heç
sözlərdən
belə
küsdüyüm
olmamışdı
.
Sözü
bu
qədər
sevən
mən
,
əzizləyən
mən
,
sözə
tapınan
mən
–
qəzəbləndim
sözlərə
.
Nəyə
lazımmışsınız
?
Əzizlənmiş
bir
cocuğun
əlində
sındırılıb
atılan
oyuncağa
bənzədiniz
...
Leksik
luğətimə
zaman
-
zaman
əl
gəzdirməm
lazım
...
Amma
ac
olduğum
sözlər
çoxdu
...
lll
açtık
çok
açtık
çok
açtık
kadın
istedik
tanrı
istedik
...
ve
bir
kadın
aldık
çarşıdan
birşeyler
umarak
kadın
dediler
,
soy
dediler
soyduk
.
giysilerini
soyduk
kadının
ve
şeylerini
ve
salt
kadın
dediler
,
salt
kadındı
şimdi
o
salt
erkek
bekliyordu
,
şimdi
biz
salt
erkeğiz
salt
erkeğiz
ve
çok
açız
dayanamadık
soymayı
sürdürdük
kadını
gözlerimizle
ve
soyduk
giysilerini
kadının
ve
şeylerini
ve
soyduk
saçlarını
dudaklarını
ve
gözlerini
tardye
gibi
.
ve
soyduk
birşeyler
umarak
derilerini
etlerini
ama
hep
birşeyler
umarak
soyduk
herşeylerini
ne
çıktı
karşımıza
biliyormusunuz
sonunda
salt
kadın
yerine
salt
kemik
,
ve
kemikler
arasında
kirli
bir
yürek
,
çirkin
korkunç
bir
iskelet
.
oysa
hep
başka
düşlemiştik
kadını
en
iyi
en
güzel
ve
sıcacık
ve
de
temiz
yürekli
/
yani
kadın
yani
kadın
/
biz
çok
açtık
kadın
istedik
yani
kadın
,
yani
sevgi
,
yani
aşk
.
ama
en
iyi
en
güzel
ve
sıcacık
ve
de
temiz
yürekli
yani
kadın
...
Nə
istədiyinizi
özünüz
də
bilmirsiz
...
Qadınların
ürəyi
kirli
olanda
,
çirkin
skelete
dönəndə
fərq
edirsiniz
o
ürəyi
....
Heç
yazığınız
da
gəlmir
və
bir
gün
özünüzün
necə
tənha
olacağınızı
anlayacaqsınız
...
Gec
olacaq
...
Kardinal
Montanelli
inandığı
həqiqətlərə
qurban
verdi
Arturu
.
Sonra
anlayanda
gec
idi
...
Arturmu
itkin
?
Kardinal
Montanellimi
?
Mən
Arturu
yaşatdım
hər
zaman
qəlbimdə
...
İtkin
olmadı
...
Hisslərinizdən
niyə
utanırsınız
?
Bu
miqyas
nə
qədər
genişdirsə
,
sən
də
o
boydasan
.
Kainat
böyüklüyündə
də
ola
bilərsən
,
ürəyinin
fiziki
qabaritləri
boyda
da
...
Artur
...
...
Xoşbəxt
kəpənək
...
Yaşasa
da
,
ölsə
də
....
Yaşadı
hər
zaman
...
lll
–
Siz
öz
yalanınızla
məni
şəkər
plantasiyalarında
kölə
vəziyyətinə
salanda
mənə
çoxmu
yazığınız
gəlmişdi
?
Bunu
sizə
deyəndə
siz
dəhşətdən
titrəyirsiz
...
Ay
yumşaq
ürəkli
müqəddəs
adam
!
Sizin
vur
-
tut
bir
oğlunuz
olub
!
Deyirsiniz
ki
,
səni
sevirəm
...
Yaman
da
sevirsiniz
!
Sizin
məhəbbətiniz
mənə
baha
oturdu
.
Yoxsa
siz
elə
zənn
edirsiniz
ki
,
hər
şeyi
yenə
yoluna
qoyarsınız
,
məni
də
əvvəlki
Artur
eləyə
bilərsiniz
?
Elə
bir
adamı
ki
,
çirkli
yavaxanalarda
qab
-
qacaq
yuyub
,
saxladıqları
heyvanlardan
da
pis
olan
fermerlerin
tövlələrini
təmizləyib
.
Elə
bir
adamı
ki
,
aclıq
çəkib
,
onu
ayaq
altına
salıb
tapdalayıblar
,
onun
üzünə
tüpürüblər
,
o
əl
açıb
dilənib
,
kif
basmış
yemək
tör
-
töküntüsünü
istəyib
,
lakin
bunu
da
verməyiblər
,
çünki
bu
şeyləri
yemək
itlərin
haqqı
idi
!
Ah
,
mən
bunları
sizə
niyə
deyirəm
!
Sizin
sayənizdə
başıma
gələn
müsibətləri
saymaqla
qurtarmaz
.
İndi
də
durub
mənə
məhəbbətinizdən
dəm
vurursunuz
!
“
Ovod
”
əsərindən
...
“
Sən
dünyanın
ən
inamsız
adamısan
və
mən
bunun
əlacını
bilmirəm
”.
İnamsızlığın
əlacı
yox
ki
...
Var
ya
da
...
Biz
yerin
bilmirik
.
Nəyə
inanacağımızı
çoxdan
bilmirik
,
çoxdan
.
İtirilmiş
illüziyalardı
...
İllüziyaların
arxasınca
getmək
...
Bunları
fikirləşəndə
məhbəsdəki
Arturun
Kardinalın
ardınca
hönkür
-
hönkür
ağlamasını
xatırlayıram
.
Padre
,
nədən
biricik
oğlunu
atdın
,
həşəratlara
yem
elədin
?
Və
səhərə
yaxın
günəşin
ilk
şəfəqləriylə
işıqlanan
otağımın
tavanında
öz
inamsızlığıma
çarə
axtarıram
.
Tavanda
axtarılan
gerçəklər
...
sadəcə
gerçəklər
...
istəklər
yox
...
İtdi
bu
il
...
Yaxınlar
daha
da
uzaqlaşdı
,
illüziyalar
dağıldı
...
Qəhrəmanlar
öldü
...
Yenə
ədəbi
qəhrəmanlara
sığınmaq
,
onların
həqiqətlərinə
inanmaq
və
bundan
məsud
olmaq
...
Arturu
da
qadın
yaratmışdı
...
Amma
ürəyi
kirlənməmiş
,
skeletə
dönməmiş
...
Görünür
,
onun
gördüyü
,
sevdiyi
insanlar
illüziyaları
dağıtmaq
istəmədilər
...
Ya
da
gücləri
çatmadı
...
Güclü
qadın
...
Ay
aman
,
mən
bu
güclü
sözünə
də
nifrət
edirəm
.
Leksik
lügətimin
itkin
sözlərindən
biri
...
lll
İsmini
unutduğum
film
....
Gərək
ki
,
altmışların
italyan
filmi
idi
.
Bir
fraqment
indiyə
qədər
xatirimdədi
–
əriylə
həftəsonu
tətilinə
gedən
qadın
səhər
ayılıb
qaldığı
məkanın
həyətinə
çıxanda
onu
sevdiyinə
inandığı
kişini
görür
.
İri
planda
gözləri
yadımdadı
–
bir
neçə
saniyənin
içində
dəyişməyi
yadımdadı
.
Yorgun
,
bezgin
gözlər
və
birdən
qəfil
ildırım
kimi
toqquşan
baxışlar
...
Bir
neçə
saniyədə
səadət
yaşayan
ruh
.
Sonra
susqunluq
anları
,
maşına
oturub
gedən
insanın
baxışlarla
yola
salınması
.
Əslində
baxış
da
deyildi
–
gözünün
ucuna
bir
dünya
sevinc
və
həyat
dolmuş
qadın
.
Bir
neçə
vaxt
sonra
qadına
gerçəyi
deyir
sevgilisi
,
daha
doğrusu
“
sevgisizi
”.
Onların
münasibətləri
tapşırıq
imiş
,
o
adam
da
bu
qadını
nəyəsə
inandıra
biləcək
kimsə
.
Hər
halda
dürüstlük
edir
o
kişi
,
düzünü
deyir
ona
.
Amma
bu
həqiqət
onu
məhv
edəcək
həqiqətdi
.
Qapının
bağlanması
filmin
son
kadrlarıdı
,
o
tapındığı
sonuncu
ümidinə
qapadır
hər
şeyi
.
Ümidə
bağlanan
qapı
isə
intihara
açılır
...
Təfərrüatlar
yadımda
deyil
–
bir
gözləri
xatırlayıram
(
elə
qapı
kimi
açılmış
),
bir
də
bağlanmış
qapı
və
təxmin
edilən
sonluq
...
Niyə
xatırladım
axı
bu
filmi
?...
Hə
,
inamın
itməyi
...
İtməyi
də
yox
...
Olmaması
...
Nə
dünənində
,
nə
bu
günündə
,
nə
də
sabahında
...
lll
–
Padre
!
–
Görünür
,
bunun
nə
demək
olduğunu
lazımınca
başa
düşməmisən
.
Bunu
başa
düşməyin
də
çətindir
,
çünki
çox
cavansan
.
Sən
yaşda
olsaydım
,
mən
də
başa
düşməzdim
,
Artur
!
Sən
mənim
üçün
öz
oğlum
kimisən
,
bunu
anlayırsanmı
?
Sənə
baxmaqdan
doymuram
,
gözümün
işığısan
.
Səni
yanlış
bir
addım
atmaqdan
çəkindirmək
,
həyatını
qorumaq
üçün
mən
ölməyə
də
hazıram
.
Ancaq
indi
acizəm
...
Mən
səndən
tələb
etmirəm
ki
,
söz
verəsən
...
Səndən
xahiş
edirəm
,
dediklərimi
yaddan
çıxarma
,
ehtiyatlı
ol
.
Qəti
qərara
gəlməmişdən
əvvəl
yaxşı
fikirləş
....
....
Bu
,
atası
olduğunu
bilməyən
Arturun
Montanelli
ilə
söhbətidi
.
Yeniyetmə
Arturun
.
Sonra
“
gözümün
işığı
”
dediyi
adama
inamın
ölməsi
Arturu
da
intihara
aparır
.
Hamı
üçün
ölür
...
Rivares
kimi
qayıdır
və
yenə
onlar
bağlı
olduqları
həqiqətlərin
əsiri
olurlar
...
Bu
ideyalar
,
bu
həqiqətlər
nə
qədər
insanı
intihara
aparıb
görəsən
?
Ya
da
itkin
insanlar
siyahısına
salıb
?!
lll
“
Cemma
,
mən
sizi
hələ
siz
biçimsiz
qız
olanda
,
çit
paltar
geyib
siçan
quyruğu
kimi
nazik
hörük
qoyanda
sevirdim
.
Yadınızdadırmı
,
bir
gün
sizin
əlinizi
öpdüm
,
siz
də
həzin
səslə
xahiş
etdiniz
ki
, “
bir
də
belə
şey
etməyin
” .
Bilirəm
,
bu
yaxşı
hərəkət
deyildi
,
lakin
siz
bunu
əfv
etməlisiniz
.
İndi
də
sizin
adınız
yazılan
kağızı
öpürəm
.
Belə
çıxır
ki
,
mən
sizi
iki
dəfə
öpmüşəm
,
ikisində
də
sizin
razılığınız
olmadan
...”
Bu
,
Arturun
edamdan
əvvəl
yazdığı
məktubdu
hər
zaman
sevdiyi
qadına
...
Bu
sözləri
hər
zaman
sevdim
mən
,
unutmadım
.
Zalım
müəllimin
verdiyi
ev
tapşırığı
deyildi
...
Bu
sözləri
lüğətdən
də
çıxarmaq
olmayacaq
...
Bu
ədəbiyyatdı
təbii
.
Kişinin
dilinə
qadının
yazdığı
sözlər
qoyulub
.
Amma
fərqi
varmı
?
Onlar
yaşayırlar
və
bizi
də
yaşadırlar
.
İtkin
olmayan
,
qeybə
çəkilməyən
yalnız
odu
.
ƏDƏBİYYAT
...
İl
deyil
,
illüziya
deyil
,
insan
deyil
...
İnam
yalnız
orda
yaşaya
bilir
.
***
PADRE
!!!
Mən
bir
xoşbəxt
kəpənəyəm
,
yaşasam
da
,
ölsəm
də
...
P
.
S
Sevmədim
mən
bu
uzun
illəri
.
İtirdim
hər
zaman
...
P
.
P
.
S
.
Andın
nə
mənası
var
?
İnsanı
bir
şeyə
bağlayan
and
deyil
.
Əgər
adam
hiss
edirsə
,
özü
də
dərindən
hiss
edirsə
ki
,
bir
fikir
onun
qəlbinə
hakim
olub
–
bu
bəs
edir
.
Bundan
başqa
adamı
heç
bir
şey
bağlaya
bilməz
...
Bizi İnstagramda izləyin
Müəllifin digər yazıları
Sabahkı gün - İradə Tuncay yazır
27.09.21
A.A - Ağ adam, Ağrılar adamı... - İradə Tuncay yazır
Az qala hamı bilir, dünyada Gülüş günü kimi qeyd olunan 1 aprel həm də tanınmış yazıçı, jurnalist, millət vəkili Aqil Abbasın doğum tarixidir.
01.04.20
Uzaq yollardan sizi öpürəm... - İradə Tuncay
Ağdamı xatırlayıram son vaxtlar tez-tez...
03.06.19
Öz dilində savaş
Biz yaşda olan insanlar müharibə filmlərini çox izləyiblər.
14.03.17
Hər bir TV yaxşıdır ... Hansını istəsən ... keç...
İki "T" söhbətini bir az arxaya çəkim... Deyəcəm bunu da... Hələlik aparıcı söhbətini davam edərək söyləyim ki, aparıcı "Sima" deməkdi. Və simanın tanınması deməkdi. Nə qədər
13.02.17
Hər bir TV yaxşıdır... Hansını istəsən ... keç...
Gecikdiyimi bilirəm – qaça-qaça bir zala daxil oluram.
03.02.17
Dağ çəkən Təpə
Aprel ayıdı... Amma elə bir aprel ki... Elə yaz kimi aprel... Ağaclar çiçəkləyib, yağış da yağır hərdən...
18.04.16
Türk məsələsi
Antik filosoflar deyirlər ki, eyni çaya iki dəfə girmək olmaz. Yəni axır gedir, gedəni də tutmaq mümkün deyil. Oktyabr ayı bitir və bir də geri qayıtmayacaq. Ayrı illərin oktyabrları olacaq (o da kiminçünsə
25.11.15
Bu da mən... - İradə Tuncay yazır
10.11.14
Müşfiq insanlar ölkəsi...
29.09.14
Beş - İradə Tuncay yazır
22.08.14
Əjdahanı yaşatmaq
20.05.13
Həyatın gerçəyi Yalan
11.02.13
Əlli... VƏ ... Beş...
21.10.12
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
Kriminal
Mədəniyyət
İdman
Şou-biznes
Ədəbiyyat
Çap versiyası
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.