https://525.az/img/pics/medium/2024-05/314257_o07pfhxa80.jpg Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
search
20 May 2024
19 May 2024
18 May 2024

Messi tarixdə ilk dəfə dördqat "Qızıl top" mükafatçısı oldu

Messi tarixdə ilk dəfə dördqat "Qızıl top" mükafatçısı oldu

Bu gün FİFA geridə qalan 2012-ci il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə aparılan səsvermənin yekun nəticəsinə əsasən dünyanın "ən güclüsü" bəlli olub.

"Qızıl top" uğrunda mübarizə "Barselona"dan Lionel Messi və Andres İniyesta, "Real" (Madrid) klubundan isə Kriştiano Ronaldo arasında gedib. Yekun nəticədə Messi qalib olub. Bununla da o, futbol tarixinə dünyanın ən yaxşı futbolçusu adını dalbadal dörd dəfə qazanan ilk oyunçu kimi düşüb.

Bununla yanaşı, bu gün dünyanın "ən yaxşı məşqçisi"nin də kimliyinə aydınlıq gəlib. Bu ad uğrunda isə Visente del Boske (İspaniya), Pep Qvardiola ("Barselona") və Joze Mourinyo ("Real", Madrid) yarışıblar. Birinci yeri Visente del Boske tutub.

Qeyd edək ki, bu gün həmçinin "ilin ən yaxşı qolu" nominasiyasında da qalibin adı bəlli olub. Digər nominasiyalarda olduğu kimi FİFA Puşkas mükafatına da üç namizəd var idi. Radamel Falkao ("Atletiko", Madrid), Neymar ("Santos") və Miroslav Stokun ("Fənərbaxça") vurduğu qollardan biri "ilin ən yaxşısı" seçilib. İlin ən yaxşı qolu mükafatı Miroslav Stoka verilib.  


+++

2012-ci ilin ən yaxşı kişi baş məşqçisi: 
Visente del Boske (İspaniya)

2012-ci ilin ən yaxşı qadın baş məşqçisi: Pia Sundxaqe (İsveç)

2012-ci ilin rəmzi yığma komandası: İker Kasilyas, Dani Alves, Gerard Pike, Serxo Ramos, Marselo, Xabi Alonso, Xavi, Andres İnyesta, Lionel Messi, Kristiano Ronaldo, Radamel Falkao

FİFA prezidentinin xüsusi mükafatı: Frans Bekkanbauer

2012-ci ilin ən yaxşı qolu: Miroslav Stok ("Fənərbaxça")

2012-ci ilin ən yaxşı futbolçusu: Lionel Messi ("Barselona", Argentina)

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.