Bakı şəhərində daha bir yol bağlanıb.
Milli.az-ın məlumatına görə, Yasamal rayonu ərazisində, Azərbaycan Texniki Universitetinin qarşısından keçən Məmməd Rahim küçəsində avtomobillərin hərəkətinə qadağa qoyulub.
Ərazidə kommunikasiya xətlərinin çəkilişi aparılır. İş icraçıları bunu qaz xəttinin çəkilməsi ilə əsaslandırıblar.
Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat İdarəsindən bildirilib ki, həmin küçənin bir hissəsi bağlanıb. Bu isə kommunikasiya xəttinin çəkilişi ilə bağlıdır.