Dünən “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş verən yanğınla əlaqədar SOCAR prezidenti Rövnəq Abdullayev bu gün səhər saatlarında hadisə yerində olub.
“APA-Economics” xəbər verir ki, bu barədə SOCAR-ın “Facebook” səhifəsində məlumat verilib.
“SOCAR prezidenti səhər saatlarında platformadakı yanğın yerində olub”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. İlk növbədə özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərə başlanılıb və 42 nəfər işçi yanğın baş verən ərazidən təxliyə olunublar.