SOCAR “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə aparılmış xilasetmə tədbirlərinin ilkin nəticələri haqqında məlumat yayıb.
525.az-ın şirkətin rəsmi saytına istinadən verdiyi məlumata görə, SOCAR genişmiqyaslı yanğınsöndürmə və xilasetmə işləri nəticəsində 32 nəfər təxliyyə olunduğunu, bir nəfərin isə cəsədinin tapılaraq sahilə göndərildiyini qeyd edib.