|
|
|
|

Ermənistan Silahlı Qüvvələrinə məxsus daha bir uzun müddətli atəş nöqtəsi Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən endirilən zərbə nəticəsində məhv edilib.
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır:
"Müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilən koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin uzun müddətli atəş nöqtəsi sıradan çıxarılıb.
Məlumata görə Ermənistan silahlı bölmələri canlı qüvvə sarıdan ən azı 3 (üç) nəfər itki verib".



