https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
https://525.az/img/pics/medium/2026-06/395810_agh9phxj2m.jpg "Bunu sərt qərar kimi qəbul etmək olmaz" - Təhsil eksperti
search
2 İyul 2026
1 İyul 2026

Türkiyəli futbolçuya "twitter" cəzası verildi

Türkiyəli futbolçuya "twitter" cəzası verildi

Türkiyənin “Fənərbağça” klubunun aşağı yaş qrupundan yetişən futbolçu Məsut Yılmaz atdığı “twitter” mesajı üzündən cəzalandırılıb.

Qol.Az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi onu “Qalatasaray”ın 2:1 hesablı qələbə qazandığı derbi zamanı “Fənər”in prezidenti Aziz Yıldırımı təhqir edib.
 
O, “sarı-lacivərdlilər”in futbolçusu Raul Meyreleşin qırmızı vərəqə aldığı epizoddan sonra Yıldırım barədə çox sərt ifadələr yazıb. Sonradan Yılmaz həmin cümlələri özünün yazmadığını və “twitter” səhifəsinin kiminsə tərəfindən ələ keçirildiyini iddia edib. Lakin İntizam Komitəsi Türkiyə futbolu tarixində ilk dəfə sosial şəbəkədə oyunçunu yazdığı mesaj üzündən diskvalifikasiya edib. Qərarda deyilir: “Futbolçu Məsut Yılmaz sosial şəbəkədə özünə aid səhifədən klub prezidentini təhqir etdiyi üçün 2 rəsmi oyundan kənarlaşdırılsın”.
 
Qeyd edək ki, hazırda 20 yaşı olan Məsut Yılmaz klubsuzdur.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.