Daxili İşlər Nazirliyi (DİN) Xəzər dənizində batdığı ehtimal edilən balıqçılarla bağlı məlumat yayıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 21-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində qəsəbə sakini Mustafa Quliyev, Kotec qəsəbə sakini Bəndəli Əliyev və Şabran rayon sakini Salamat Qasımov balıq tutarkən qayıq aşıb.
B. Əliyev digər balıqçılar tərəfindən xilas edilib, M.Quliyevin və S.Qasımovun tapılması istiqamətində tədbirlər görülür.