https://525.az/img/pics/medium/2024-05/312988_fjdm479f4t.jpg Dünya mətbuatının Qarabağ mövzusuna baxışı
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg DAĞLAR, ÇAYLAR, AĞACLAR, ÇİÇƏKLƏR KİMİ SAF - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2024-05/312959_5jwodb5ftj.png "Keçmiş tələbələrimiz bu gün auditoriyaya müəllim kimi daxil olurlar"
https://525.az/img/pics/medium/2024-05/312916_nxmkeus5vg.jpg “525-ci qəzet”in 8 may sayında nələr var? - ANONS
search
8 May 2024

"Neftçi"nin baş məşqçi postuna Əsgər Abdullayevin təyinatının səbəbi açıqlanıb

"Neftçi"nin baş məşqçi postuna Əsgər Abdullayevin təyinatının səbəbi açıqlanıb

"Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov Əsgər Abdullayevin baş məşqçi postuna təyinatını şərh edib.

"Report"un məlumatına görə, Z.Qəhrəmanov iclasın 5,5 saat davam etdiyini bildirib.

Onun fikrincə, ilk dövrənin son oyunlarına komandanı baş məşqçi kimi çıxaran Ə.Abdullayevin bu vəzifəyə Müşahidə Şurasının toplantısında təsdiqlənməsi şou yox, aysberqin zirvəsidir: "Ölkədə baş verən proseslərdən, Beynəlxalq İdman Arbitraj Məhkəməsinin qərarından və digər amillərdən çıxış edərək, klubun bugünkü reallığa daha uyğun gələn yeni hədəfləri işlənilib. Uzunmüddətli strategiya da bəzi dəyişikliklərə məruz qalıb. Təfərrüatları yaxın günlərdə gözləyin".

Qeyd edək ki, "Neftçi"nin baş məşqçi postuna əcnəbi mütəxəssisin gətiriləcəyi bildirilirdi. Əsas namizəd kimi serbiyalı Milan Rastavaçın adı hallanırdı.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.