|
|
|
|
Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları və 20-dən çox KİV nümayəndələri iştirak edib.
Təhsil Nazirliyi nəzdində Deinstitutlaşdırma və Uşaqların Müdafiəsi İdarəsində şöbə müdiri Həbib Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, Təhsil Nazirliyi nəzdində olan valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbi Heydər Əliyev fondu tərəfindən 2015-ci il 23 noyabrda tam təmir olunub.
Təmir-tikinti işləri başa çatdıqdan sonra uşaqların istifadəsinə verilib. Ərazinin abadlaşdırılması, binanın müasir standartlara uyğun olaraq təmir olunması Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar ilə 103 nəfər pedoqoji və texniki heyət məşğul olur. Bu internat məktəbində 198 nəfər sağlamlıq imkanları məhdud uşaq təlim-tərbiyə alır. Onlardan 94-ü internat məktəbində təlim-tərbiyə alır, 104 nəfər sağlamlıq imkanları məhdud uşaq isə internat məktəbinin nəzdində fəaliyyət göstərən reabilitasiya mərkəzinə cəlb edilib. İnternat məktəbində uşaqların peşə bacarığını inkişaf etdirmək üçün müxtəlif kabinetlər fəaliyyət göstərir. Xalçaçılıq, duluşçuluq, çilingərlik, dülgərlik kabinetlərində sağlamlıq imkanları məhdud uşaqların inkişafına xidmət göstərir.
Şöbə müdiri qeyd edib ki, belə uşaqlar vaxtında potensialları inkişaf etdirilərək müəyyən bir səviyyəyə çatdırılmaqla gələcəkdə onların həyatda müstəqil yer tapmalarına kömək edir. Müəssisənin nəzdində gün ərzində realibitasiya mərkəzimizdə həm internat məktəbində təhsil alan uşaqlar həm də ərazidən kənar gələn uşaqlar da burada təlim-tərbiyə alır. Burada intellektual, nitq problemləri olan uşaqlara həmin realibitasiya mərkəzində müxtəlif xidmətlər göstərilir. Psixoloq, loqopedlər və digər mütəxəssislər tərəfindən uşaqların inkişaf etdirilməsinə köməklik göstərirlər.
Sağlamlıq imkanları məhdud uşaqlarda müəyyən bacarıqların müşahidə olunmasında onların öyrədilməsi müəllim kollektivinin böyük rolu olub. Belə uşaqların öhyrədilməsi nə qədər əziyyətli olsa da müəllimlər uşaqlarda müxtəlif bacarıqların formalaşmasına köməklik göstəriblər.
Tədbir uşaqların bayram şənliyi ilə davam edib. Şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Şagirdlərin hazırladıqları “Turp” səhnəciyi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonda şənlikdə internat məktəbinin şagirdlərinə Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim olunub.
Vəfa MƏMMƏDLİ