Ermənistan silahlı qüvvələrinin pilotsuz uçan aparatı vurulub.
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, dekabrın 25-də saat 11.45 radələrində Tərtər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparat aşkarlanaraq bölmələrimiz tərəfindən sərrast atəşlə dərhal məhv edilib.