Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Şabran şöbəsi “Pirəbədil Xalça” MMC-ni və Şabran rayon Aygünlü Bələdiyyəsini məhkəməyə verib.
APA-nın məlumatına görə, DSMF hər iki quruma qarşı borcun tutulması barədə ayrı-ayrılıqda iddia qaldırıb. İddialara Sumqayıt şəhər İnzibati-İqtisad Məhkəməsində baxılır.