|
|
|
|

Bu gün Nərimanov rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Vəkil Yalçın İmanovun APA-ya verdiyi məlumata görə, iclasda zərərçəkmiş Mikayıl Quliyev ifadə verib. O, hər hansı şikayətinin olmadığını bildirib. Proses yanvarın 11-də davam etdiriləcək.
Qeyd edək ki, M. İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub. O, 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilir.



