|
|
|
|

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
“Report”un məlumatına görə, cəzaçəkmə müəssisəsindən 3 nəfər azadlığa buraxılıb. Onlardan biri Azərbaycan, biri Özbəkistan, o biri isə Kamboca vətəndaşıdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam 210 nəfərə şamil edilib.



