|
|
|
|

İtkin düşən və həlak olanların ailələrinə dövlətin ayırdığı 15 min manat kompensasiya verilib.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov deyib.
X.Məmmədovun sözlərinə görə, bir neçə qurum da əlavə olaraq kompensasiya ayırıb:
"1000 manat Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası ayırıb, 1000 manat Neft-qaz Sənaye İşçiləri Həmkarlar Komitəsi yardım edib. Dünən SOCAR rəhbərliyinin qərarı ilə 5000 manat ayrılıb və bu gün səhərdən onların da verilməsinə başlanıb".
SOCAR rəsmisi deyib ki, qəza olan platformada hazırlıq işləri gedir:
"Hazırda quyulara yol açılması prosesi gedir və platformanın üzərində işlər bitəndən sonra quyunun söndürülməsi prosesinə başlanılacaq".



