Bakıda doğuş vaxtı ana və körpə ölümləri baş verib.
525.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisələrdən biri Bakı Sağlamlıq Mərkəzində qeydə alınıb.
Mərkəzdə təbii doğuş həyata keçirən 1984-cü il təvəllüdlü Ağayeva Günay Məmmədağa qızının vəziyyəti pisləşdiyindən həkimlər qadının qeysəriyyə əməliyyatı ilə övladını dünyaya gətirməsini məsləhət görüb.
Əməliyyat zamanı əvvəlcə uşaq, daha sonra isə qadın dünyasını dəyişib.
Oxşar hadisə yanvarın 2-də Respublika Klinik Xəstəxanasında baş verib. 1993-cü ildə Goranboyda anadan olan və Gəncədə qeydiyyata düşmüş Abbasova Ülviyyə Elçin qızı qeysəriyyə əməliyyatı zamanı vəfat edib.
Məlumata görə, Ü.Abbasova bir müddət imiş ki, xəstəxanada müalicə olunurmuş. Qadının hamiləliyinin 35-36-cı həftəsində əməliyyatla ölü döl doğulub.
Daha sonra 23 yaşlı qadının halı daha da pisləşib və onu xilas etmək mümkün olmayıb.