Konsulluq qeydiyyatında olan bütün Azərbaycan vətəndaşları Suriyadan çıxarılıb.
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. O bildirib ki, Azərbaycanın Suriyadakı səfirliyi Livanın paytaxtı Beyruta köçürülsə də, orada baş verən hadisələri yaxından izləyir: “Suriyada yaşayan bütün Azərbaycan vətəndaşları həmin ölkədən çıxarılaraq öz istəkləri ilə Azərbaycan, Rusiya və ya Avropaya göndərilib”.
Xatırladaq ki, 2011-ci ilin martından Suriyada başlayan vətəndaş müharibəsi nəticəsində indiyədək 60 min nəfər həlak olub.