Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Bakı Fransız Liseyi Təhsil Kompleksində Bakı Fransız Liseyi (BFL) arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Memorandumu ADMİU-nun rektoru professor Fərəh Əliyeva, BFL-in İdarəetmə Komitəsinin sədri, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov imzalayıb.
İmzalanma mərasimindən sonra əməkdaşlığın ilk layihəsi olan birgə konsert proqramı təşkil olunub.
Konsert ADMİU-nun Tələbə-Gənclər Estrada Orkestri (30 nəfər) və BFL-in kollektivinin iştirakı ilə keçib.
Bayram ərəfəsində baş tutan tədbirdə xüsusi şən, bayram əhval ruhiyyəsi bəxş edən Azərbaycan və xarici bəstəkarların seçilmiş əsərləri səsləndirilib.
Vəfa MƏMMƏDLİ