Özün dağ başına qoyan şəhərin ayağın xan kəndi yuyurdu kürəyinin təri cıdırda soyuyurdu. Girməzdi dumanına gün işığı havasına çay qaşığı. Qayaları sərxoş idi adamları tay-tuş idi küçələri taykeş idi. Qəbirüstü yazıları nəğmə kimi oxunurdu kolda-kosda tələf olan qurd-quşu gül qoxuyurdu. Kim idi qalxan o boyda dağı? - yağışdan sallanıb enirdi qonağı. ...Dağın dizləri əsdi bir may səhəri gözünün yaşı ayağının suyuna qarışdı şəhərin...