Xalq yazıçısı Çingiz Abdullayev mayın 17-də Berlində oxucularla görüşəcək.
Görüşdə yazıçının son kitabları, eyni zamanda, Qarabağ hadisələri ilə bağlı çap olunmuş yazıları təqdim ediləcək.
Mayın 18-də isə Drezdendə oxucularla görüş olacaq.
20-21 may tarixlərində isə Varşavada Çingiz Abdullayevlə görüş baş tutacaq.
Onun polyak dilində kitabının təqdimatı olacaq, oxucu və jurnalistlərlə görüş keçiriləcək.