Serbiyanın geniş oxucu kütləsinə malik gündəlik “Danas” qəzetində Azərbaycanın Belqraddakı Mədəniyyət Mərkəzinin direktoru, Novi Sad şəhərinin İncəsənət Akademiyasının professoru Zərifə Əlizadənin “Azərbaycan – Şərqin mədəniyyət flaqmanı” adlı məqaləsi dərc olunub.
Məqalədə 28 May – Respublika Gününü qeyd edən Azərbaycanın ədəbiyyatı, musiqisi və memarlığı haqqında oxuculara maraqlı məlumatlar verilir, mədəniyyət sahəsində ölkəmizin Şərqdə bir çox ilklərə imza atması diqqətə çatdırılır.
AzərTAc