|
|
|
|
Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin mühacirətdəki əsərlərinin I cildi çap edilib.
Bu haqda kitabın redaktoru, tarix elmləri doktoru Nəsiman Yaqublu məlumat verib:
"M.Ə.Rəsulzadə 1920-ci ildən sonra Türkiyədə, Polşada, Fransada, Almaniyada, Rumıniyada yaşayıb, bu ölkələrdə Azərbaycan istiqlal mübarizəsi aparıb və tariximizlə, ədəbiyyat və mədəni irsimizlə bağlı çox zəngin əsərlər yazıb nəşr etdirib. Biz buraya onun 200-dən çox məktublarını da əlavə etsək, 10 cildlik əsərlərini toplayıb nəşr etmək mümkündür.
Hazırda onun mühacirət dövrü əsərlərinin birinci cildi nəşr edilib. Buraya M.Ə.Rəsulzadənin 1920-ci illərdə Türkiyədə yazdığı əsərlər daxildir. Bu əsərlərin hər biri Azərbaycan tarixinin çox mühüm məqamlarını özündə əks etdirir.
İnanıram ki,bu yazılar Azərbaycan oxucusunda böyük maraq doğuracaq".