|
|
|
|
Milli Qurtuluş Gününə həsr edilən açılış mərasiminə Gəncə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri qatılıblar.
Kitab Evi həm yeni nəşrlərin satışı, həm də qiraətxana funksiyalarını daşıyacaq.
Üç mərtəbəli binada yerləşən Kitab Evində oxucu klubu və mübadilə bölməsi də olacaq. Həmçinin bura kitab hədiyyə edənlər əvəzində başqa kitablardan da yararlana biləcəklər.
Yeni Kitab Evində "Günün, həftənin, ayın kitabları"nın təqdimi, imza günləri, seminarlar və digər müxtəlif tədbirlərin keçirilməsi üçün müvafiq guşələr, həmçinin Kitab Kafesi də yaradılıb.
Qeyd edək ki, Gəncədə yeni açılan bu məkan Qafqazın ən böyük kitab evidir. Burada 5 minədək adda kitab nüsxəsi, həmçinin elektron bazada 20 minədək kitab var.
Zakir Muradov
Gəncə