|
|
|
|
Müjdəsinə gələn çox,
Aləm gəlib, xoş gəlib.
Vərəq vardı, qələm yox,
Qələm gəlib, xoş gəlib.
Keçib arzu, diləkdən,
Yolun salıb ürəkdən.
Qalası var bələkdən,
Qalam gəlib, xoş gəlib.
Mənim körpə balamdır,
Dilim dolu kəlamdır.
Haqdan gələn salamdır,
Salam gəlib, xoş gəlib.
Adı gözəl Şirindir,
Şir balası şirindir.
Balam baldı şirindi,
Balam gəlib xoş gəlib.
Göylər kimi daşmağa,
Üfüqləri aşmağa,
Babası söz qoşmağa.
İlham gəlib xoş gəlib.
Babək ARUSLU