Fransanın tanınmış şairi İv Bonfua 93 yaşında vəfat edib.
"Report" xəbər verir ki, 100 kitabın müəllifi olan İv Bonfuanın əsərləri 30 dilə tərcümə edilib.
İlk şeirlər toplusunu 1946-cı ildə nəşr etdirən şair həm də tərcüməçi kimi fəaliyyət göstərib.
U.Şeksprin əsərlərini fransız dilinə tərcümə edən İv Bonfua çoxsaylı ədəbiyyat mükafatlarının sahibi olub.