|
|
|
|
İyulun 12-də Milli Kitabxananın direktoru Kərim Tahirov Onlayn Kompüter Kitabxana Mərkəzinin (OCLC) nümayəndələri Sezen Tan, Dr Sinan Tan və Catherine Fureti qəbul edib. OCLC bilik, elm, təhsil və mədəniyyəti özündə təcəssüm etdirən dünya kitabxanalarının üzv olduğu bir qlobal şəbəkədir. Bu sistem vasitəsilə kitabxanalar topladığı bilik və informasiyanı dünya miqyasında bölüşür.
Görüş zamanı OCLC-nin qlobal fəaliyyət və təşəbbüsləri haqqında söhbət açılıb, kitabxanların qarşılıqlı əməkdaşlıqdan əldə edə biləcəyi faydalardan danılşılıb.
Həmçinin OCLC məhsulları nümayiş etdirilib, həmçinin kitabxana resurslarının araşdırılması və çatdırılması üçün dünyada ən geniş və zəngin Worldcat sisteminə - Dünya katloquna qoşulmanın faydaları haqqında təqdimatlar olub.
Hər iki tərəf görüşdən məmnun qaldığını söyləyib, K.Tahirov təkliflər ətrafında müzakirə aparılacağını və toplu kataloqa qoşulmanın imkanları və qiymətləri aparıcı iri kitabxanalarda müzakirə olunaraq müəyyən qərar qəbul olunacağını bildirib.
Daha sonra K.Tahirov qonaqlara müxtəlif nəşrlər hədiyyə edib və xatirə şəkli çəkdirilib.