|
|
|
|
Azərbaycanın xalq artisti, Musiqili Komediya Teatrının aktrisası Afaq Bəşirqızının ürəyində cərrahiyyə əməliyyatı aparılıb.
Aktrisanın oğlu Səmral Təhməzovun APA-ya verdiyi məlumata görə, cərrahiyyə əməliyyatı uğurla başa çatıb: “10 dəqiqə bundan əvvəl əməliyyat başa çatdı. Artıq anam reanimasiyaya keçirilir. Həkimlər əməliyyatın uğurlu keçdiyini deyirlər”.
S. Təhməzov onu da deyib ki, cərrahiyyə əməliyyatı İtaliyadan gələn ürək-damar cərrahı və Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahı Rəşad Mahmudov tərəfindən həyata keçirilib. Əməliyyata 08:00 radələrində başlanılıb və cərrahiyyə əməliyyatı 7 saata yaxın davam edib.
Qeyd edək ki, Afaq Bəşirqızının səhhəti bir neçə gün bundan əvvəl “Yeddi məhbusə anası” tamaşasından sonra pisləşib və aktrisa dərhal Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib