
Avqustun 29-da Şüvəlan Mədəniyyət evində “Vətənim Azərbaycandır” adlı tədbir təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə reallaşacaq tədbir unudulmaz şair Almas İldırımın xatirəsinə həsr olunacaq. Tədbirdə şairin keçdiyi ömür yolundan və yaradıcılığından söz açılacaq.
Məktəblilərin ifasında şairin şeirlərinin səsləndirilməsi ilə yanaşı, A.İldırımın həyat və yaradıcılığına aid sərgi və istedadlı gənc ifaçıların repertuarında konsert proqramı da nəzərdə tutulur.



