“Artıq heç kim Rusiyaya qarşı addım atmağı düşünmür”.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin Hava-Desant Qşunlarının komandanı Vladimir Şamanovla görüşündə deyib.
“Mən düşünürəm ki, artıq heç kim bizə qarşı hər-hansı addım atmağı düşünmür”, - deyə o bildirib.
Məlumata görə, Şamanov Silahlı Qüvvələrin parçalanmasının qarşısını almış düzgün qərarlara görə Putinə təşəkkürünü bildirib.