İtaliyanın Baş naziri Corca Meloni iyunda keçiriləcək Avropa Parlamenti (AP) seçkilərində namizəd olacağını açıqlayıb.
525.az xəbər verir ki, Peskarada ifrat sağçı İtaliya Qardaşları (FdI) partiyasının konqresinə qatılan Meloni Avropa siyasətinin gələcəyinin formalaşacağı 6-9 iyun tarixlərində keçiriləcək AP seçkiləri ilə bağlı açıqlamalar verib.
"Sağ qalsam, bütün seçki dairələrində Fdl siyahısında birinci olmaq üçün sahəyə çıxacağam. Sadəcə mənim adımı seçki bülleteninə yaz. Vətəndaşların mənə Corca deyə xitab etməsindən və xalq adamı olduğum üçün fəxr edirəm", - Meloni deyib.
Məhəmməd Tağıyev