“Azərbaycanda korrupsiya ilə mübarizə istiqamətində qətiyyətli addımlar atılır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin üzvləri ilə görüşü zamanı deyib.
Dövlət başçısı gömrük, vergi və digər sahələrdə səmərəli islahatların artıq öz bəhrəsini verdiyini bildirib, bu sahədə “ASAN xidmət”in fəaliyyətinin səmərəli olduğunu vurğulayıb.
Görüşdə korrupsiya halları ilə mübarizənin önəmi qeyd edilib, avropalı qonaqlar bu sahədə Azərbaycanda həyata keçirilən tədbirlərə, o cümlədən, “ASAN xidmət”in fəaliyyətinə böyük maraq göstərdiklərini deyiblər.