“Son bir ayda Azərbaycanda iki ana ölümünün başvermə səbəbləri hələlik ekspertizada araşdırılır. Hazırda ana ölümünün səbəbləri araşdırıldığından il ərzində baş verən ana ölümləri ilə bağlı konkret rəqəm demək mümkün deyil. Ümumilikdə isə ana ölümlərinin sayı son illər azalıb”.
APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi Sevinc Məmmədova deyib.
Onun sözlərinə görə, hər bir hadisədən sonra ekspertiza ölümün nədən qaynaqlandığı ilə bağlı komissiyaya rəy verməlidir. S. Məmmədova vurğulayıb ki, ana ölümləri ilə bağlı rəqəmlər ilin sonunda açıqlanır.
Komissiya sədrinin sözlərinə görə, aparılan təhlillər nəticəsində məlum olub ki, Azərbaycanda ana ölümləri əksər halda ekstragenital patologiyadan baş verir.