https://525.az/img/pics/medium/2024-05/312451_lxkxbkfcbb.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
3 May 2024

“Fənərbaxça”nın təyyarəsi Budapeştə məcburi eniş etdi

“Fənərbaxça”nın təyyarəsi Budapeştə məcburi eniş etdi
Avropa Liqasının qrup mərhələsində “Mançester Yunayted”lə qarşılaşacaq “Fənərbaxça” İngiltərəyə yola düşüb.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, İstanbul təmsilçisi səfər zamanı ciddi problemlə üzləşib.
 
Belə ki, komandanı İngiltərəyə aparan təyyarə Macarıstanın paytaxtı Budapeştə məcburi eniş edib.

Buna səbəb pilot kabinəsinə quşun çırpılması olub. Kabinə təmir edildikdən sonra təyyarə yenidən yola düşəcək.
 
Klub prezidenti Əziz Yıldırımın da yer aldığı hava gəmisi hazırda Budapeştdə təmirin başa çatmasını gözləyir.
 
Qeyd edək ki, “Mançester Yunayted” – “Fənərbaxça” matçı sabah baş tutacaq.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.