Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyi Sumqayıtda “Etilen-Polietilen” zavodunun yenilənməsi və rekonstruksiyası çərçivəsində iki yeni müqavilə imzalayıb.
Trend-in məlumatına görə, layihələndirmə, tikinti və satınalma barədə müqavilə İtaliyanın "Technip Italy" şirkəti ilə imzalanıb.
Layihənin idarə olunması ilə bağlı məsləhət xidmətləri barədə müqavilə isə "SOCAR-KBR" birgə müəssisəsi ilə imzalanıb.
Rekonstruksiya layihəsi mərhələli şəkildə 2019-cu ilədək davam edəcək.