Dünya üzrə neft ehtiyatı sentyabrla müqayisədə oktyabrda sutkalıq 800 min barrel artaraq 97 mln. 800 min barrel təşkil edib.
“APA-Economics” Beynəlxalq Enerji Agentliyinin “Aylıq Neft Bazarı Hesabatı”na istinadən xəbər verir ki, OPEC-in xam neft hasilatı isə oktyabrda sutkalıq 230 min barrel artaraq rekord həddə - 33 mln. 830 min barrelə çatıb.
Artıma səbəb isə Nigeriya və Liviyanın hasilatı bərpa etməsi, o cümlədən İraqın hasilat üzrə tarixi maksimuma nail olması göstərilir.
Artıq 5-ci aydır ki, OPEC-in neft hasilatı Səudiyyə Ərəbistanı və İraqın hesabına artır. Belə ki, adı çəkilən ölkələr müvafiq olaraq sutkalıq 10 mln. 550 min barrel və 4 mln. 590 min barrel neft hasil ediblər.