https://525.az/img/pics/medium/2024-05/312988_fjdm479f4t.jpg Dünya mətbuatının Qarabağ mövzusuna baxışı
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg DAĞLAR, ÇAYLAR, AĞACLAR, ÇİÇƏKLƏR KİMİ SAF - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2024-05/312959_5jwodb5ftj.png "Keçmiş tələbələrimiz bu gün auditoriyaya müəllim kimi daxil olurlar"
https://525.az/img/pics/medium/2024-05/312916_nxmkeus5vg.jpg “525-ci qəzet”in 8 may sayında nələr var? - ANONS
search
8 May 2024

Messidən mediaya "müharibə" elanı

Messidən mediaya "müharibə" elanı

Argentina millisinin futbolçuları bundan sonra mətbuata danışmamağa qərar veriblər.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna komandanın futbolçusu Esekyel Lavezzinin məşqdən sonra narkotik maddə qəbul etdiyi barədə Argetina mediasında iddiaların ortaya atılması səbəb olub.

Bu iddialara sərt münasibət bildirən L.Messi DÇ-2018-in seçmə mərhələsində Kolumbiya ilə oyundan sonra bütün komanda yoldaşları ilə birgə mətbuat konfransına gedib və boykot qərarını açıqlayıb:

"Bundan sonra mətbuata danışmamaq barədə qərar qəbul etdik. Niyə belə qərar qəbul etdiyimizi yəqin ki, bilirsiz. Bugünədək bir çox ittihamla qarşılaşmışıq, sərt tənqidlərə məruz qalmışıq. Ancaq bütün tənqidlərə hörmətlə yanaşaraq cavab verməmişik. Bir çox jurnalistin bizə hörmət etdiyini bilirdik. Ancaq artıq hədd aşılıb. Lavezzinin narkotik maddə qəbul etdiyinə bu şəkildə cavab vermək məcburiyyətindəyik. Çünki sakit olsaq, insanlar bu ittihamların doğru olduğunu düşünəcək. Bütün komanda buradadır və medianın oyununa getməyəciyimizi söyləyirik. Bizə istədiyiniz qədər təzyiq göstərə bilərsiniz. Ancaq kimsə mediaya danışmayacaq" - deyə Messi bildrib.

Argentinalı hücumçunun boykotun müddətinin nə qədər davam edəcəyini bilmədiyini söyləyib.

Qeyd edək ki, E.Lavezzi bu iddianı ortaya atanları məhkəməyə verib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.