Qlobal neft tələbatındakı artım 2040-cı ilədək davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
O, neftə olan tələbatın uzun müddət yüksəlməyə davam edəcəyini bildirib:
“Çünki mövcud vəziyyətdə bərpaolunan enerji mənbələrinə investisiyaların artmasına baxmayaraq bu enerji növü aviasiya və neft-kimya sektorunda neftə çox az alternativ olub.
Neftlə çalışan mühərriklərdə məhsuldarlığın və ya elektrik enerjisi ilə işləyən avtomobillərin sayının artmasına baxmayaraq bu, qlobal neft tələbatındakı artımı azaltmaq üçün yetərli olmayacaq”.