|
|
|
|
Yunanıstan Ali Məhkəməsi 15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyədən helikopterlə bu ölkəyə qaçan hərbçilərlə bağlı yekun qərarını açıqlayıb.
APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, məhkəmə hərbçilərin Türkiyəyə ekstradisiya edilməməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, Türkiyə avqust ayında hərbi çevrilişdə iştirak edən hərbçilərin ekstradisiyası ilə bağlı Yunanıstana müraciət edib. Türkiyədən Yunanıstana 3 mayor, 3 kapitan və 2 gizir qaçıb.