|
|
|
|
Reklama dair ümumi tələblər artıb.
APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin plenar iclasında qəbul edilən "Reklam haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, reklamda əmtəənin dövlət və yerli özünüidarəetmə orqanları, dövlət mülkiyyətində yaxud asılılığında olan kommersiya və qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar və ya onların vəzifəli şəxsləri tərəfindən dəstəklənməsinə yol verilmir.
Dəyişiklik reklamda əmtəənin publik hüquqi şəxslər tərəfindən dəstəklənməsinə yol verilməməsi ilə bağlıdır.