Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın ögey qardaşı öldürülüb.
APA-nın “Al-Jazeera”-ya istinadən verdiyi xəbərə görə, hadisə Malayziyada qeydə alınıb.
Yerli KİV-in məlumatına əsasən, Kim Çen Nam bazar ertəsi səhər saatlarında öldürülüb. Onu Malayziyanın paytaxtı Kuala-Lumpurda hava limanında iki qadın zəhərləyib. Həmin qadınların KXDR-nın məxfi əməliyyatçıları olduğu bildirilir