|
|
|
|

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində "Real" MTK-nın rəhbəri İlham Qasımov ifadə verib. O, istintaq zamanı verdiyi ifadəni təsdiqləyib. Bildirib ki, qohumunun toyunda MTN əməkdaşları restorana gəliblər: "Toyun ortasında maskalılar zala girdi. Qadınlar, uşaqlar qorxdu".
Vəkillər onda həmin toyun video görüntüsünün harada olduğunu soruşublar. O, həmin görüntülərin MTN əməkdaşları tərəfindən məhv edildiyini deyib.
Proses günün ikinci yarısında davam edəcək.
Qeyd edək ki, İ. Qasımov dələduzluqda ittiham edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 13 ilə endirib.



