|
|
|
|
“Dağlıq Qarabağ məsələsinə yanaşmada Türkiyənin mövqeyi dəyişilməzdir”.
525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu AKP-nin dünənki qurultayında bu partiyanın sədri və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan deyib.
Baş nazir əlavə edib ki, Türkiyənin bu mövqeyini Ermənistan və onun dəstəkçiləri də bilməlidir: “Azərbaycanlı qardaşlarımızın haqları bərpa olunmayana qədər bizim mövqeyimiz dəyişməyəcək”.
Qeyd edək ki, AKP-nin bu gün keçirilmiş IV qurultayına dünyanın müxtəlif ölkələrindən 200-ə qədər qonaq qatılıb.
Azərbaycandan qurultayda Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.