|
|
|
|
Hökümətin müvafiq qurumları tərəfindən aparılan ardıcıl təsirli islahatlar və pul siyasəti iqtisadiyyatda sabitləşmə meylləri yaradaraq milli valyutamızın ABŞ Dollarına qarşı möhkəmlənməsi ilə nəticələnib.
“Azərsun Holdiq” yaranmış vəziyyəti nəzərə alaraq şəkər tozu, günəbaxan və qarğıdalı yağlarının qiymətini aşağı salıb.
Ümumilikdə ton hesabı ilə, şəkər tozuna 60 manat, günəbaxan yağına 150 manat, qarğıdalı yağına isə 250 manat endirim edilib.
Nəticədə, şəkər tozunun kiloqramının qiyməti 6 qəpik, günəbaxan yağının qiyməti 15 qəpik, qarğıdalı yağının kiloqramının qiyməti isə 25 qəpik aşağı düşüb.
“Azərsun Holdinq”dən verilən məlumata görə manatın dollara qarşı sabitləşməsi ilə digər məhsulların da qiymətinin aşağı salınması həyata keçiriləcək.